Özbəkistanda sürücülük vəsiqəsi imtahanları üçün tam avtomatlaşdırılmış iki sınaq mərkəzi fəaliyyət göstərir və beləliklə, sürücülərin yol hərəkəti qaydalarını bilməsi və təcrübəsi insan müdaxiləsi olmadan qiymətləndirilir.
İmtahanın nəzəri hissəsi kompüter vasitəsi ilə, praktiki hissəsi isə yenə də insanın müdaxilə etmədiyi sistemlə həyata keçirilir. 100 faiz avtomatlaşdırılmış avtodrom sükan arxasında əyləşən sürücünün bütün qayda pozuntularını qeydə alır.
Özbəkistanda sürücülük vəsiqəsinin verilməsi istiqamətdə eksperimentlər fevral ayında başlayıb. Fevralın 4-dən iyunun 9-dək Daşkənd şəhərindəki test mərkəzində sürücülük məktəblərinin 10 min 92 məzunu imtahan verib. Onlardan yalnız 3 min 266 nəfəri avtomobil idarə etmək hüququ qazanıb.
Tehsil-press.az