Azərbaycan və Rusiya Prezidentləri Aşqabadda görüşəcək

Azərbaycan və Rusiya Prezidentləri Aşqabadda görüşəcək Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Prezident İlham Əliyevlə də görüşəcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinq zamanı deyib.
Uşakov xatırladıb ki, iyunun 29-da Xəzər sammiti günü Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovun 65 illik yubileyi qeyd olunacaq.
“Putin Türkmənistan parlamentinin yuxarı palatasının spikeri ilə xüsusi görüş keçirəcək və onu şəxsən təbrik edəcək. Eyni zamanda, dövlət başçısı Türkmənistanın hazırkı prezidenti Serdar Berdiməhəmmədovla ikitərəfli görüş keçirəcək. Onunla qısa söhbət olacaq, ondan sonra altıncı Xəzər sammitində iştirak nəzərdə tutulur. Və başa çatdıqdan sonra prezidentimiz Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi ilə iki ikitərəfli görüş keçirəcək”, - deyə Uşakov bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər