Növbəti “TOEFL iBT imtahanı” keçiriləcək

Növbəti “TOEFL iBT imtahanı” keçiriləcək Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service, ETS-in) növbəti TOEFL iBT imtahanı iyulun 23-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
İmtahana gəlməli olan şəxslər saat 13:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 14:00-da başlanır.
Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Tehsil-press.az




Oxşar xəbərlər