“Aİ regionda sülh və sabitlik üçün səylərini davam etdirəcək”

“Aİ regionda sülh və sabitlik üçün səylərini davam etdirəcək” Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin telefon danışığı baş tutub.
Telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib.
O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər