Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük məscidi açıldı

Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük məscidi açıldı Qazaxıstanda Orta Asiyanın ən böyük məscidi olan Böyük Nur-Sultanın açılış mərasimi baş tutub.
Mərasimdə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev də iştirak edib. Açılışdan sonra məsciddə cümə namazı qılınıb.
Təxminən 68 min kvadratmetr sahədə inşa edilən Böyük Nur-Sultan məscidi Orta Asiyanın ən böyük məscidi olması ilə yanaşı, dizayn və memarlıq baxımından da dünyanın ən böyük 10 məscidi sırasındadır.
Məsciddə İslam memarlığı ilə ənənəvi qazax motivlərini birləşdirən dizayn əsasında 25 milyon şüşə mozaika ilə hazırlanmış və Allahın 99 adının həkk olunduğu Qiblə divarı diqqəti çəkir.
Məscidin əsas çilçırağı da ölçüsünə və 1,5 milyon kristalına görə dünya rekorduna malikdir. Eyni zamandan məscid Hindistanda təqribən 5 min nəfərin əl işi olan oval naxışlı xalçası ilə ziyarətçiləri valeh edir.
İslam Muzeyi, kitabxana, nikah salonu, Quran dərsləri, konfrans zalı və qapalı dayanacaqdan ibarət olan Böyük Nur-Sultan məscidi ölkənin yeni simvollarından birinə çevriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər