Bayden “İnflyasiyanın azaldılması aktı”nı imzaladı

Bayden “İnflyasiyanın azaldılması aktı”nı imzaladı ABŞ Prezidenti Co Baydenin "İnflyasiyanın azaldılması aktı" haqda imzaladığı qanun qüvvəyə minib.
Baydenin önəm verdiyi qanun layihələrindən biri olan “İnflyasiyanın azaldılması aktı” aylarla davam edən iş və müzakirələrdən sonra keçən həftə Konqresdə təsdiqlənib.
Qanunla iqlim dəyişikliyi ilə mübarizə üçün qaynaqlar təmin etmək və fiziki şəxslərin sağlamlıq və vergi xərclərini azaltmaq məqsədi daşıyır.
Bu məqsədlə 430 milyard dollar ayrılacaq.
Layihədəki yeni vergi tənzimləmələri ilə 10 il ərzində əldə ediləcək gəlirin karbon emissiyalarının azaldılmasında və səhiyyə xidmətlərində istifadə edilməsi hədəflənir.

Tehsil-press.az




Oxşar xəbərlər