Quş və heyvan əti ƏDV-dən azad oldu

Quş və heyvan əti ƏDV-dən azad oldu Bu gündən Azərbaycanda quş və heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdə öz əksini tapıb.
Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.
Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində də bir sıra addımlar atıb. Bu addımlar nəticəsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.



Tehsil-press.az

Oxşar xəbərlər