Donald Tramp gələn həftə vergi islahatı barədə elan edəcək

Donald Tramp gələn həftə vergi islahatı barədə elan edəcək ABŞ prezidenti Donald Tramp vergi yükünün azaldılması və vergi islahatı barədə aprelin 26-də elan etmək niyyətindədir.

Təhsil-press.az-ın verdiyi məlumata əsasən, bu barədə Tramp Twitterdəki rəsmi səhifəsində bildirib.
"Vergilərin azaldılması və böyük vergi islahatı barədə çərşənbə günü (26 aprel) elan olunacaq", - prezident Twitterdə yazıb.
Qeyd edək ki, ötən güm Tramp ölkədə fəaliyyət göstərən vergi qaydalarına aid bir sıra sənədlər imzalayıb.

Təhsil-press.az

Oxşar xəbərlər