Olaf Şolts Almaniyanın Ukraynaya ən müasir silahlar göndərdiyini bildirib

Olaf Şolts Almaniyanın Ukraynaya ən müasir silahlar göndərdiyini bildirib Almaniya kansleri Olaf Şolts ölkəsinin Ukraynanı döyüşlərdə ehtiyac duyduğu ən müasir silahlarla təchiz etdiyini bildirib.
Almaniya hökumətinin başçısı bu barədə Bundestaqda keçirilən plenar iclasda çıxış edərkən bildirib. Onun sözlərinə görə, Berlin Kiyevi artilleriya və hava hücumundan müdafiə sistemləri ilə təmin edir: “Bu, Ukraynanın şərqində gedən döyüşlərdə lazım olan ən müasir silahdır. Biz bunu nə qədər lazımdırsa davam etdirəcəyik”.
Olaf Şolts, eyni zamanda, Almaniyanın Kiyevə silah tədarükü məsələsində fəaliyyətini öz müttəfiqləri ilə əlaqələndirdiyini vurğulayıb.
Avqustun 17-də Almaniya hökuməti Ukraynaya verilən silahların yenilənmiş siyahısını və tədarük planını dərc edib. Siyahıya 15 ədəd “Gepard” özüyeriyən zenit qurğusu, hava hücumundan IRIS-T müdafiə sistemi və üç ədəd “Mars” reaktiv yaylım atəş sistemi daxildir. Bundan başqa Almaniya Ukraynaya xüsusi maşınlarda 20 ədəd 70 millimetrlik raket sistemi, 2 min raket və 60 min 200 ədəd 40 millimetrlik patron tədarükünü planlaşdırır.

Tehsil-press.az



Oxşar xəbərlər