Azərbaycanda daha 70 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 70 nəfər COVID-19-a yoluxub Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 819 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 050 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 652 nəfərdir.
Ölkədə son sutka ərzində 1 788, hazırkı dövrədək isə 7 217 551 test aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər