Suriyanın şimalında 18 terrorçu saxlanılıb

Suriyanın şimalında 18 terrorçu saxlanılıb Suriyanın Cerablus və Bab bölgələrində keçirilən əməliyyatlarda 18 terrorçu ələ keçirilib.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.
Nəticə etibarilə hər iki bölgədə təbliğat, üzv və kəşfiyyatçı toplama kimi fəaliyyətlər aparan 13-ü İŞİD, beşi isə PKK/KCK/PYD/YPG terror təşkilatının üzvləri olmaqla, ümumilikdə, 18 nəfər saxlanılıb.
Ələ keçirilən terrorçular arasında İŞİD terror təşkilatının maliyyə məsələlərinə cavabdeh olan üzvü də var.
Onların ünvanlarında aparılan axtarış zamanı çox sayda silah-sursat aşkar olunub.

Tehsil-press.az


Oxşar xəbərlər