Son bir ayda 172 terrorçu zərərsizləşdirilib

Son bir ayda 172 terrorçu zərərsizləşdirilib Son bir ayda İraqın şimalında 25, Suriyanın şimalında isə 147 olmaqla 172 terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında edilən paylaşımda "Qəhrəman əsgərlərimiz havanın temperaturunun mənfi 39 dərəcəyə çatdığı, qarın qalınlığının 7 metri keçdiyi çətin hava və relyef şəraitində əməliyyatlarını davam etdirir. Terrorla mübarizə əməliyyatlarında son 1 ayda ümumilikdə 172 terrorçu zərərsizləşdirilib" deyilib.
Qeyd edək ki, ötən il həyata keçirilən 397 əməliyyatda isə 2883 terrorçu zərərsizləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər