Oğlu Vasif Talıbovun istefasına belə əl qaldırıb - Video

Oğlu Vasif Talıbovun istefasına belə əl qaldırıb - Video Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Onun səhhəti ilə bağlı vəzifəsindən azad olunması müraciəti səsə qoyularaq qəbul olunub.
İclasda Ali Məclisin deputatı, Vasif Talıbovun oğlu Seymur Talıbov da iştirak edib. O da atasının istefasına əl qaldıran Ali Məclis üzvləri sırasıda yer alıb.
Maraqlıdır ki, Ali Məclisin iclasında çəkiliş aparan Naxçıvan TV sözügedən süjeti sosial şəbəkə hesablarında paylaşmayıb. Təqdim etdiyimiz görüntülər isə Naxçıvan sakinlərindən biri tərəfindən televiziya qarşısında lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:



Tehsil-press.az


Oxşar xəbərlər