Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Vergi qanunvericiliyi” mövzusunda seminar keçirilib.
Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev vergi orqanları tərəfindən təqdim edilən xidmətlər, onlardan yararlanmaq imkanları və vergiödəyiciləri üçün nəzərdə tutulmuş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının vacibliyini bildirib. O, strukturlaşdırılmış maarifləndirmənin dövlət-biznes münasibətlərində şəffaflığa dəstək verən və vergi mədəniyyətinin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu qeyd edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin baş müəllimi Tural Abbasov “Vergi qanunvericiliyi” mövzusunda təqdimatla çıxış edib. O, büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət üzrə vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergiödəyicilərinin hüquq və vəzifələri barədə məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az