UNEC-də “Elm aylığı” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvləri ilə görüşlər davam edir.
Növbəti görüş professor Akif Musayev ilə olub. Görüşdə UNEC-in professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı və magistrlər iştirak edib.
AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Vergi siyasəti və iqtisadi inkişaf” mövzusunda məruzə ilə çıxış edib. Ölkə iqtisadiyyatının dünya iqtisadi məkanına inteqrasiya etməsi üçün düzgün vergi siyasəti aparılmasının əhəmiyyətindən danışan A.Musayev məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ən müasir tələblərə cavab verən vergi sisteminin yaradıldığını vurğulayıb. İqtisadi siyasət konsepsiyasının ayrılmaz tərkib hissəsi olan vergi siyasəti və vergi sisteminin müasir standartlar əsasında formalaşdırıldığını qeyd edib. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi vergi siyasəti nəticəsində vergi qanunvericiliyinin mütəmadi olaraq təkmilləşdirildiyini iştirakçıların diqqətinə çatdıran iqtisadçı alim 2001-ci ildən tətbiq edilən sadələşdirilmiş vergi sisteminin kiçik biznesin inkişafına və bütövlükdə ölkə iqtisadiyyatının səmərəliliyinin artırılmasına xidmət etdiyini bildirib. O, vergi siyasətinin qarşısında duran əsas vəzifələrdən birinin dövlət xərclərinin maliyyələşdirilməsi olduğunu qeyd edib.
A.Musayev məruzəsində vergi tənzimlənməsi, vergi dərəcələri və vergi yükünün optimal həddinin müəyyən edilməsi, vergi və güzəşt azadolmaları, vergidən yayınmanın qarşısının alınması yollarından danışıb. Devalvasiyanın büdcənin vergi gəlirlərinə təsiri yolları və ölkənin vergi gəlirlərinin neftdən asılılığını riyazi düsturlarla təhlil edib.
Görüşün sonunda professor Akif Musayev UNEC-də keçirilən “Elm aylığı”nda “Vergi siyasəti və iqtisadi inkişaf” mövzusunda məruzə ilə çıxış etdiyinə görə Fəxri Fərmanla təltif olunub.

UNEC-in Mətbuat Xidməti