Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb. Ən çox bahalaşma paytaxt Tbilisidə qeydə alınıb.
Cari ilin fevralında paytaxt Tbilisidə mənzil qiymətləri ötən ilin fevralı ilə müqayisədə 2,25 dəfə bahalaşaraq orta hesabla hər kvadratmetr üçün 13,1 dollar təşkil edib. Fevral ayında mənzillərin satış qiyməti isə illik müqayisədə 30 faiz bahalaşaraq hər kvadratmetr üçün orta hesabla 1136 dollar olub.
Evlərin satışı və kirayəsi üzrə ekspert Tamar Nuqzadze deyir ki, bahalaşma Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra başlayıb. Rusiyadan və Ukraynadan gələnlər həm ev alqı-satqısında, həm də kirayə bazarında xüsusi rol oynayıblar.
Onun sözlərinə görə, Gürcüstan qanunvericiliyinə görə, istənilən xarici ölkə vətəndaşı burada ev ala bilər. Qiyməti 100 min dollar və daha çox olan evləri alan xaricilərə vətəndaşlıq almaq imkanı verilir. Bu da xarici ölkə vətəndaşlarının Tbilisidə və ətraf şəhərlərdə mənzil almağa marağını artırıb.
Digər ekspert Tamaz Qumaşvili də ev bazarında qiymət artımının xarici ölkə vətəndaşlarının gəlişi ilə əlaqələndirib.
Bildirib ki, hazırda dünyanın əksər ölkələrində mənzil bazarında qiymət artımı müşahidə olunur. Lakin, Gürcüstanda mənzil kirayəsi və alqı-satqısı ilə bağlı qiymət artımında sui-istifadə hallarına da rast gəlinir. Onun sözlərinə görə, bəzi möhtəkirlər müharibə bölgələrindən gələn insanların acınacaqlı vəziyyətindən istifadə edərək süni olaraq qiyməti artırırlar. Belə hallarda da, ən çox onlar varlanırlar.
Qeyd edək ki, ötən ay Tbilisidə ümumilikdə 3383 mənzil satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 19 faiz, illik müqayisədə isə 12 faiz çoxdur. Satılan mənzillərin 72 faizinin sahəsi 75 kvadratmetrdən azdır.
Tbilisinin ən çox mənzil satılan Vake və Mtatsminda rayonlarında, mənzillərin bir kvadratmetri orta hesabla 1800 dollara satılıb.
Tehsil-press.az