Prezidentin Azərbaycana dəvət etdiyi qızlara rəsmi məktub göndərildi

Prezidentin Azərbaycana dəvət etdiyi qızlara rəsmi məktub göndərildi İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandıqları medalları Azərbaycana həsr edən Cansu Bektaş və Qamze Altun Prezident İlham Əliyevin tapşırığı ilə artıq ölkəmizə səfərə dəvət olunub.
Hər iki xanım idmançıya rəsmi dəvət göndərilib: “Hazırda onların Azərbaycana səfəri ilə bağlı danışıqlar aparılıb”.
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanmışdı. Onlar medallarını Azərbaycana həsr ediblər. Buna səbəb İrəvandakı açılış mərasimində Azərbaycan bayrağının yandırılması və bundan sonra millimizin yarışdan imtina edərək vətənə qayıtması idi.
Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibəsində gənclər və idman naziri Fərid Qayıbova C.Bektaşı və Qamze Altunu ölkəmizə dəvət etməsi barədə tapşırıq verdiyini açıqlamışdı.

Tehsil-press.az




Oxşar xəbərlər