Tofiq Musayev möhtəşəm döyüşlə UFC-də ilk qələbəsini qazandı

Tofiq Musayev möhtəşəm döyüşlə UFC-də ilk qələbəsini qazandı Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib.

36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə oktaqona çıxıb.

Musayev çilili rəqibi İqnasio Bahamondesi üzərində inamlı qələbə qazanıb: 29-28, 29-27, 30-27.

Qeyd edək ki, İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər