“Azərbaycanın 86,6 min km² ərazisini tanıyırıq”

“Azərbaycanın 86,6 min km² ərazisini tanıyırıq” “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.
O, mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşü xatırladıb: “Üç gün əvvəl Brüsseldə irəliləyiş əldə etdik və qeyd olundu ki, Ermənistan 86,6 min km² ərazisi olan Azərbaycanın bütövlüyünü, Azərbaycan da, öz növbəsində 29,8 min km² ərazisi olan Ermənistanın bütövlüyünü tanıyır”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, bununla da Ermənistan rəhbərliyindən ilk dəfə N. Paşinyan Azərbaycanın suverenliyini tanıdığını bəyan edib.

Tehsil-press.az


Oxşar xəbərlər