“10 il əvvəlki təhsil nazirlərini bu məsələlər düşündürürdü”

“10 il əvvəlki təhsil nazirlərini bu məsələlər düşündürürdü” “10 ildir ki, Azərbaycan təhsilində dəyişiklik və islahatlar aparılır. 10 il əvvəlki təhsil nazirlərini düşündürən əsas məsələlər sessiya dövründə rektorların fəaliyyətinə nəzarət, təhsil müəssisələrinə tələbə köçürülməsi, bir fakültəyə 100 nəfərin qəbul olub, 300 nəfərin bitirməsi, qeyri-qanuni yerdəyişmələr və s. idi”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “V İqtisadiyyat və İdarəetmə Sahəsində Təqdqiqatçıların Beynəlxalq Elmi Konfansı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün ali təhsil müəssisələrində imtahan prosesləri şəffaf keçirilir. Bu baxımdan heç universitetlərin çoxuna nəzarət etməyə belə ehtiyac qalmır: “Bu gün bir ali təhsil müəssisəsindən digərinə köçürülmə hansısa subyektiv fikir əsasında deyil, DİM tərəfindən olan məlumatlar əsasında həyata keçirilir. Azərbaycanda ali təhsilin inkişafı üçün bir sıra işlər görülüb. Hazırda ölkədə təhsil alan hər iki tələbədən biri dövlət hesabına təhsil alır. Tələbə kreditlərindən 20 mindən çox şəxs yararlanıb və bu say daha da artacaq”.

Tehsil-press.az



Oxşar xəbərlər