Tailand kralı dövlət mərasimi zamanı parlamentin yeni sessiyasını açacaq

Tailand kralı dövlət mərasimi zamanı parlamentin yeni sessiyasını açacaq Tailand Milli Assambleyasının (parlament) Nümayəndələr palatasının üzvləri bazar ertəsi kral Maha Vaçiralonqkornun (X Rama) rəhbərlik etdiyi dövlət mərasimində and içəcəklər.
Mərasimin ən mühüm hissəsi Tailand kralının parlamentarilər qarşısında çıxışı olacaq. Qanunvericilər üçün bu, öz vəzifələrinin icrasında əsas istinad nöqtəsidir.
Nümayəndələr palatası yeni sədri müəyyənləşdirmək məqsədilə iyulun 4-də iclas keçirəcəklər. Sonra yeni Baş naziri seçmək üçün on gün müddətində Senatla (parlamentin yuxarı palatası) birgə iclas keçiriləcək. Gözlənildiyi kimi, belə bir cəhd iyulun 13-də olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər