Deputat Nurlan Həsənovun Söyüdlü kəndi ilə bağlı açıqlaması

Deputat Nurlan Həsənovun Söyüdlü kəndi ilə bağlı açıqlaması “Bu gün cənab Prezident İlham Əliyevin Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr ilə bağlı çıxışı sadəcə, möhtəşəmdir və Prezidentin ölkədə baş verən hadisələrə necə obyektiv, vətəndaş mövqeyindən, “hər şey Azərbaycan vətəndaşı üçündür” yanaşmasını bir daha sübut edir!”.
Bunu millət vəkili Nurlan Həsənov özünün feysbuk hesabında yazıb.
Deputat Prezidentin bugünkü müşavirədə çıxışından sitat da paylaşıb:
“Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib.
“İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.

Tehsil-press.az



Oxşar xəbərlər