Başçı bəyan etdi: İkinci süni göl yaradılmayacaq!

Başçı bəyan etdi: İkinci süni göl yaradılmayacaq! Söyüdlü kəndi ərazisində ikinci süni göl yaradılmayacaq.
Bunu Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşündə deyib.
Qeyd edək ki, dünən Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri ərazidəki qızıl mədəni üçün süni gölün yaradılmasına etiraz ediblər. Bu gün də etiraz aksiyanın keçirildiyi əraziyə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov gələrək sakinlərlə danışıb.

Tehsil-press.az



Oxşar xəbərlər