“Qarabağın təbii sərvətləri” mövzusunda vebinar keçiriləcək

“Qarabağın təbii sərvətləri” mövzusunda vebinar keçiriləcək Bakı Ali Neft Məktəbi (BANM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Qarabağın təbii sərvətləri" mövzusunda vebinar keçirəcək.
Yanvarın 21-də saat 16:00-da “Zoom” platforması üzərindən keçiriləcək vebinarda Qarabağın zəngin təbii sərvətləri barədə müzakirələr aparılacaq.
Vebinarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev və BANM-in Neft-Qaz mühəndisliyi kafedrasının dosenti Qəşəm Zeynalov məruzəçi qismində çıxış edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər