50-70 yaş arası insanların işləməməsi inflyasiyanı artırır

50-70 yaş arası insanların işləməməsi inflyasiyanı artırır Britaniyanın əmək və pensiya naziri yaşlı insanlara velosiped kuryeri xidmətlərindən istifadə etməyi tövsiyə edib.
Dolanmaqda çətinlik çəkən yaşlı insanların "əvvəllər ağlına belə gətirmədikləri işlərə başlamalarını" təklif edib. O bildirib ki, 50 yaşdan yuxarı insanlar ümumiyyətlə gənclərin üstünlük verdiyi velosiped kuryer xidməti kimi çevik işlərdə də çalışa bilərlər. “Əgər qocalıqda öz həyat tərzini qorumaq istəyirsənsə, bunu etməlisən. Nazir özü hələ təqaüdə çıxmaq fikrində olmadığını, növbəti dəfə seçkidə iştirak etmək istədiyini də bildirib. Nazirin insanların pensiya şərtlərini yaxşılaşdırmaq əvəzinə işləməyə davam etmələri təklifi əks-səda doğurub. Böyük Britaniyada pandemiyadan bəri məşğulluqda azalma var. İqtisadi cəhətdən qeyri-fəal olan 8,6 milyon insanın 3,4 milyonu 50 yaşdan yuxarıdır. Pandemiya zamanı işini tərk edən 50-70 yaş qrupunun 48 faizi də yoxsulluq içərisindədir. Səlahiyyətlilərin fikrincə, bu yaş qrupunun işləməməsi inflyasiyanı artırır.

Tehsil-press.az


Oxşar xəbərlər