KİV: Rusiya Prezidentinin Türkiyəyə səfəri avqustun sonunda gözlənilir

KİV: Rusiya Prezidentinin Türkiyəyə səfəri avqustun sonunda gözlənilir Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsində gözlənilir.
Bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Qəzetin məlumatına görə, Rusiya və Türkiyə prezidentlərinin görüşünün gündəliyinə taxıl sazişinin bərpası, ikitərəfli əlaqələr, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması daxildir.
Xatırladaq ki, avqustun 2-də Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və onlar mümkün görüşün hazırlanması barədə razılığa gəliblər.
Bir neçə gün əvvəl Rəcəb Tayyib Ərdoğan jurnalistlərə Putinin Türkiyəyə səfərinin avqustda baş tutacağını deyib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib və diplomatik kanallarla razılaşdırılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər