Peskovdan Putin və Ərdoğan görüşü barədə açıqlama

Peskovdan Putin və Ərdoğan görüşü barədə açıqlama “Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı deyib.
“Putin və Ərdoğan görüşün harada keçiriləcəyi və vaxt barədə yaxın gələcəkdə dəqiq qərar vermək barədə razılığa gəliblər. Bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək”, - deyə Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, liderlərin görüşü Türkiyə ərazisindən kənarda baş tuta bilər.
“Görüş yerinin Türkiyə ərazisində olması mütləq deyil. Prezidentin özünün Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dediyi kimi, indi onun ölkədə olması vacibdir. Ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir”, - deyə Peskov vurğulayıb.
O bildirib ki, Putin və Ərdoğan arasında planlaşdırılan görüşün gündəmində Ukrayna və taxıl müqaviləsi olacaq.

Tehsil-press.az




Oxşar xəbərlər