Mərkəzi Bankın pulu niyə artdı?

Mərkəzi Bankın pulu niyə artdı? Bu gündən etibarən devalvasiyadan sonra ilk dəfə olaraq Mərkəzi Bank valyuta bazarında manat intervensiyasına start verib.

Tehsil-press.az xəbər verir ki, MB bununla da bazarda ABŞ dollarının alıcısı qismində çıxış etməyə başlayıb.
MB-nın manat intervensiyası qərarının səbəbləri barədə “Qafqazinfo” ya danışan iqtisadçı ekspert Samir Əliyev bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatı fevral ayı ilə müqayisədə artıb, eyni zamanda manat intervensiyasında artım var: “Manat intervensiyasının start verməsini Mərkəzi Bankın valyuta ehtiyatının artması ilə əlaqələndirirəm. Nəzərə alsaq ki, mart ayında ancaq Neft Fondu dollar satışını həyata keçirib. Mərkəzi Bank isə heç bir satış aparmayıb. Bunun da nəticəsində valyuta ehtiyatı 4 milyard 26 milyondan 4 milyard 65,8 milyona qalxıb.
Göründüyü kimi, 39 milyona yaxın artım var. Artıma səbəb Neft Fondunun bazar çıxartdığı dolların bir hissəsinin Mərkəzi Bank tərəfindən alınmasıdır. Dollar aldığına görə manat intervensiyasında da artım baş verib. Fevralın axırında manatla pul kütləsi 6, 4 milyard idisə, aprelin 1-nə 6 milyard 536 milyona qədər artım müşahidə olunub”.
İqtisadçının sözlərinə görə, uzun müddət Mərkəzi Bank pul kütləsini sıxmaq siyasəti yürüdürdü: “Bunun nəticəsi idi ki, dollara təlabat azalmışdı. Son iki ayda isə Mərkəzi Bank pul kütləsini artırmaq məcburiyyətində qalıb. Amma bu çox cüzi artımdır. İqtisadiyyatın bu gün pula olan imkanı çoxdur. Amma pulla təminat səviyyəsi 15-16 faizdir. Halbuki bunun ən az iki dəfəyə qədər artırılmasına ehtiyac var. Bunu da Mərkəzi Bank etmir. Edəcəyi təqdirdə birtərəfli inflyasiya yaradacaq, dollar alışını artıracaq, manat üçün təzyiq yaradaraq dolları bahalaşdıracaq. Ona görə də pul kütləsini sıxıb. Hazırda kreditləşmə yaxşı səviyyədə deyil. Bu həm banklar, həm də əhali üçün problem yaradır. Kreditləşmə olmayanda da iqtisadi aktivlik aşağı olur”.

tehsil-press.az

Oxşar xəbərlər