Gürcüstan-NATO birgə hərbi təlimi başlayıb

Gürcüstan-NATO birgə hərbi təlimi başlayıb Təlimdə Gürcüstan hərbçiləri ilə yanaşı, ukraynalılar da iştirak edir

Vaziani hərbi təlim düşərgəsində NATO-Gürcüstan ilk təlimi başlayıb. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Informasiyaya əsasən, birgə hərbi təlim aprelin 14-dək davam edəcək. Təlimdə Gürcüstan hərbçiləri ilə yanaşı, ukraynalılar da iştirak edir. Hərbi tədbir Norveçin Beynəlxalq Müdafiə Mərkəzi, NATO-Gürcüstan təlim və qiymətləndirmə mərkəzinin dəstəyi ilə keçirilir. NATO-Gürcüstan təlim mərkəzi 2015-ci ilin avqustunda açılıb. Qeyd edək ki, aprelin 4-də Gürcüstanda "NATO həftəliyi" günləri başlayıb.

tehsil-press.az

Oxşar xəbərlər