Yunanıstanın Aleksandrupoli şəhərində baş verən meşə yanğınlarında 81 min hektar ərazi külə dönüb.
Yunanıstanın şimalında Türkiyə sərhədindəki Meriç (Evros) bölgəsində avqustun 19-da baş verən meşə yanğınları davam edir.
Rayon ərazisində baş verən yanğınlara 475 yanğınsöndürən, 100 yanğınsöndürən maşın, 6 yanğınsöndürən təyyarə və 4 helikopter cəlb olunub.
Avropa Komissiyasının Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzindən verilən açıqlamada Meriç bölgəsindəki Aleksandrupoli şəhərində indiyədək 81 min hektardan çox ərazinin yandığı bildirilib. Yunanıstanda baş verən yanğınların Avropa Meşə Yanğınları İnformasiya Sistemi hesabatlarının dərc edildiyi 2000-ci ildən bəri Avropa İttifaqında baş verən ən böyük yanğınlar olduğu vurğulanıb. Komissiyanın bəyanatında o da vurğulanıb ki, Yunanıstan Aİ-nin Mülki Müdafiə Mexanizmini işə saldığı avqustun 20-dən bu yana ölkəyə 62 yanğınsöndürən maşını, 11 yanğınsöndürən təyyarə, 1 helikopter və 407 yanğınsöndürən göndərilib.
Aİ-nin Böhranların İdarə Edilməsi üzrə komissarı Janez Lenarcic bildirib ki, Aİ meşə yanğınları ilə mübarizə aparan Yunanıstanla həmrəydir. Avropa Birliyinin ən böyük hava yanğınsöndürmə əməliyyatı böhran zamanı sürətli və effektiv kollektiv tədbirlər görmək öhdəliyi göstərir.
Bundan başqa Yunanıstanın cənubundakı Parnita dağının cənub-qərbində baş verən yanğınlara 260 yanğınsöndürən, 13 quru heyəti və bir helikopterin müdaxilə etdiyi bildirilib. Paytaxt Afinanın şimalında yerləşən Viotiya bölgəsində yanğınların davam etdiyi, yanğınsöndürənlərin Stiri və Kiriaki kəndlərində yeni yanğınları söndürmək üçün mübarizə apardığı öyrənilib.
Məlumata görə, Yunanıstanın Evros bölgəsindəki Dadia meşəsi ərazisində aralarında uşaqların da olduğu 19 qaçqının cəsədi tapılıb. Viotiya bölgəsində heyvanları alovdan xilas etməyə çalışan çoban tüstüdən zəhərlənərək həyatını itirib.
Tehsil-press.az