Yunanıstanda meşə yanğınları səngimək bilmir

Yunanıstanda meşə yanğınları səngimək bilmir Afinanın qərbində başlayan yanğın 5 min hektar ərazini əhatə edib.
Xilasetmə qrupları yanğının davam etdiyi ərazilərdə yüzlərlə insanı təxliyyə etdikdən sonra bölgəyə təyyarələr və helikopterlər cəlb olunub.
Yanğın nəticəsində onlarla ev dağılıb və zərər görüb.
Yanğından çıxan tüstü Yunanıstanın hər yerində, hətta Egey dənizindəki kurort adalarında da görünüb.
Xilasetmə orqanları Afinanın təqribən 70 kilometr qərbindəki kurort şəhəri Loutrakidə başlayan yanğının qarşısını almaq üçün 17 yanğınsöndürən təyyarə və üç helikopterin bölgəyə cəlb olunduğunu bildirib.
Yanğın elektrik xəttlərini dağıdaraq enerjinin kəsilməsinə səbəb olub.
Qeyd edək ki, Yunanıstan hər yay quraqlıq, güclü küləklər və 30 dərəcədən yüksək istilər səbəbindən şiddətli meşə yanğınları ilə üzləşir.
Xatırladaq ki, Yunanıstan iki il əvvəl, 23 iyul 2018-ci ildə son illərin ən dağıdıcı meşə yanğınlarına şahid olmuşdu. Mati dənizkənarı istirahət zonasında başlayan misli görünməmiş meşə yanğınları 102 nəfərin ölümünə səbəb olmuş və qəsəbədəki evlərin əksəriyyətini yandırmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər