Türkiyədə yanğınları söndürmək üçün 51 helikopter cəlb olunub

Türkiyədə yanğınları söndürmək üçün 51 helikopter cəlb olunub Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində əməliyyatlar davam edir.
Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli əməliyyatlarda istifadə olunan texnika və canlı qüvvə barədə məlumat verib.
Onun sözlərinə görə, hazırda yanğınların söndürülməsində 16 təyyarə, 9 dron, 51 helikopter, 1 insansız helikopter, 805 su çiləyən maşın, tanker, 150 iş texnikası və 5 200 canlı qüvvə iştirak edir.

Tehsil-press.az


Oxşar xəbərlər