Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı saldı

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı saldı Dünya Bankı bu il üçün qlobal neft qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

Tehsil-press.az xəbər verir ki, bankın nəşr etdiyi iqtisadi görünüş hesabatında bu il üzrə neftin orta qiymət proqnozu 53 dollar/bareldən 37 dollar/barelə endirilib. Hesabatda, həmçinin neftin orta qiymətinin bu il 30 dollar/barel səviyyəsinə düşə biləcəyi də qeyd edilib.
2017-ci ildə neftin orta qiymətinin 48 dollar/barelə qalxacağını proqnozlaşdıran bank 2018-ci il üçün orta qiymət təxminini 51,4 dollar/barel edib. Dünya Bankı pessimist ssenaridə 2016-cı, 2017-ci və 2018-ci illər üçün neftin orta qiymət proqnozunu müvafiq olaraq 30, 40 və 45 dollar/barel, optimist ssenaridə isə qiymətin 2016-cı ildə 50, 2017-ci ildə 53, 2018-ci ildə isə 55 dollar/barel olacağını bildirib.

tehsil-press.az

Oxşar xəbərlər