Obama Putindən kömək istəyib?

Obama Putindən kömək istəyib? Ağ Ev Suriyadakı amerikalının azad edilməsini şərh edib.

Ağ Ev Suriyada Amerika vətəndaşının azad edilməsini alqışlayıb. Amma Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını şərh etməkdən imtina edib. XİN-in bəyanatında qeyd edilirdi ki, ABŞ prezidenti şəxsən Rusiya prezidenti Vladimir Putindən bu məsələ ilə bağlı kömək istəyib. 
"Biz ümumilikdə ABŞ vətəndaşının Suriya hökuməti tərəfindən azad edilməsini təsdiqləyir və alqışlayırıq. Bilirsiniz ki, ABŞ Suriyada itkin düşən və ya girov götürülən amerikalıların təhlükəsiz azad edilməsi üçün bütün mümkün üsullardan istifadə edir", - deyə Ağ Evin nümayəndəsi Ceniffer Freidman deyib. 
Aprel ayının 7-də Suriyada girov olan ABŞ vətəndaşı azad edilib. Rəsmi Vaşinqton azad edilən şəxsin adını açıqlamayıb. Ancaq jurnalistlər onun 33 yaşlı Kevin Douc olduğunu müəyyən ediblər. Dövlət Departamenti onun azad edilməsinə Moskvanın vasitəçi olduğunu deyib. 

Obama Putindən kömək istəyib?
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

Ötən gün isə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova  jurnalistlərə açıqlama verərək bildirib ki, Barak Obama şəxsən Vladimir Putinə müraciət edib. O, Suriya ərazisində ola biləcək Amerika vətəndaşının axtarışında vasitəçilik etməsini istəyib. 
Zaxarova deyib ki, aprelin 1-də Dous Rusiyaya məxsus  hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya gətirilib və ABŞ səfirliyinə verilib. Bundan qısa müddət sonra isə Rusiya ərazisini tərk edib. 

Obama Putindən kömək istəyib?
Barak Obama və Vladimir Putin

tehsil-press.az

Oxşar xəbərlər