Afrikanın ən böyük neft emalı zavodu Nigeriyada fəaliyyətə başlayıb

Afrikanın ən böyük neft emalı zavodu Nigeriyada fəaliyyətə başlayıb Afrikanın ən böyük neft emalı zavodu Nigeriyada fəaliyyətə başlayıb.
Dəyəri 19 milyard dollar olan müəssisənin gündəlik hasilat gücü 650 min bareldir.
Afrikanın ən zəngin iş adamına - nigeriyalı sənayeçi Aliko Danqoteyə məxsus zavod Nigeriyanın iqtisadi mərkəzi olan Laqosun kənarında yerləşir.
Nigeriya Afrikanın ən böyük neft istehsalçılarından biridir, lakin öz ehtiyacları üçün neft məhsulları idxal edir. Dövlətə məxsus neft emalı zavodlarının əksəriyyəti zəif texniki xidmətə görə öz göstəricilərindən xeyli aşağı işləyir. Yeni neft emalı zavodunun ölkənin benzin, kerosin, dizel və aviasiya yanacağına olan tələbatını 100 faiz təmin edəcəyi gözlənilir. Bundan əlavə, həcmlərin bir hissəsi ixrac oluna bilər.

Tehsil-press.az



Oxşar xəbərlər