Müəllimlərə sertifikatların verilməsində yenilik

Müəllimlərə sertifikatların verilməsində yenilik “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilkin olaraq seçilmiş 329 ümumi təhsil müəssisəsində pilot olaraq tətbiq edilir”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktoru Eşqi Bağırovun deyib.

O qeyd edib ki, bu, 322 min nəfərdən çox şagirdi əhatə edir: “Növbəti illərdə tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Pilot müəssisələr üzrə monitorinqlər və təhlillər aparılıb, təkliflər formalaşdırılıb. Hazırda “Şagird davranış qaydaları”nın yekun versiyası üzərində iş aparılır”.

Bundan başqa, Eşqi Bağırov onu da əlavə edib ki, bu ildən etibarən sertifikatlaşdırmadan keçən müəllimlərə sertifikatlar elektron formada veriləcək. Onun sözlərinə görə bu qərar daha çevik xidmət göstərməyə xidmət edəcək: “İnanırıq ki, müəllimləri də məmnun edəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər