12 milyarda yaxın ziyan dəyib

12 milyarda yaxın ziyan dəyib “Terror aktı nəticəsində “Crocus City Hall”a dəymiş ziyan hər kvadratmetr üçün 250-300 min rubla (4625 – 5550 AZN) yaxındır. Konsert zalının sahəsinin 38 min kvadratmetr olduğunu nəzərə alsaq, zərərin miqdarı 9,5 - 11,4 milyard rubl (175 750 000 – 210 900 000 AZN) arasında qiymətləndirilə bilər”.

Bunu Rusiya Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Marat Manasyan “RİA Novosti”yə açıqlamasında bildirib.

O, “Crocus City Hall”un Moskvanın ən yaxşı, əla təchiz olunmuş konsert salonlarından biri olduğunu qeyd edib. Ekspert, həmçinin vurğulayıb ki, konsert salonunda sıradan çıxmış avadanlıqların bərpası da çətin olacaq. Çünki hazırda sanksiyalar səbəbindən bir çox zavod və fabriklərin materiallarını Rusiyaya gətirmək mümkün deyil.

Qeyd edək ki, “Crocus City Hall” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Tehsil-press.az

Oxşar xəbərlər