Yaponiya yeni nəsil qırıcının ixracına icazə verdi

Yaponiya yeni nəsil qırıcının ixracına icazə verdi Yaponiya hökuməti müdafiə avadanlığının ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirən qətnamə qəbul edib.

Bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Bu, Yaponiyanın Böyük Britaniya və İtaliya ilə birgə hazırladığı ən son nəsil döyüş təyyarəsini digər ölkələrə göndərə biləcəyinə imkan verəcək.

Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hökumətin iclasında müdafiə texnikası və texnologiyasının ixracı qaydalarının yenilənmiş siyahısı təsdiq edilib.

Qeyd olunub ki, ixraca icazə verilən ölkələrin siyahısı məhduddur.

O, yalnız Yaponiyanın beynəlxalq müqavilələrlə tərəfdaş çıxdığı və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq onlardan istifadə etməyi öhdəsinə götürən ölkələrə veriləcək.

Siyahıya Avstraliya, Böyük Britaniya, Vyetnam, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Malayziya, BƏƏ, ABŞ, Sinqapur, Tailand, Filippin, Fransa, İsveç daxildir. Hərbi əməliyyatların davam etdiyi ölkələrə ixrac olmayacaq.

2022-ci il dekabrın 9-da yeni nəsil qırıcı təyyarənin hazırlanması üzrə Böyük Britaniya və İtaliyanın müştərək “Tempest” və Yaponiyanın F-X proqramlarının vahid GCAP (Global Combat Air Programme) təşəbbüsü ətrafında birləşdiyi elan olunub. Layihənin məqsədi 2035-ci ilin sonunda silahlanmaya qəbul olunacaq yeni qırıcının hazırlanmasıdır. Podratçı kompaniyalar arasında Böyük Britaniyanın “BAE Systems”, Yaponiyanın “Mitsubishi Heavy Industries” və İtaliyanın “Leonardo” korporasiyaları yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər