Putin Avropa PLANI - ŞOK İDDİA

Putin Avropa PLANI - ŞOK İDDİA “ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Vladimir Putinə çağırışı Donbasda döyüş aktivliyini azaltmayacaq. Çünki Donbasda qeyri-sabit vəziyyət Kremlin hədəflərinə çatmaq üsuludur”.

Tehsil-press.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikri Rusiya maliyyəçisi və bloggeri  Slava Rabinoviç səsləndirib.
“Çətin ki, Obamanın çağırışı nəyisə dəyişdirəcək. Putin Donbasda stabilliyi pozmağa davam edəcək”, - ekspert əmin olduğunu bildirib.
Onun sözlərinə görə, Ukrayna ərazisində Avropa Somalisinin yaradılması üzrə Putinin taktikası tamamilə aşkardır. Ekspert qeyd edir ki, Putin Ukraynanın islahatlar yolu ilə NATO və Avropa Birliyinə gedən yolunu kəsmək üçün problemin həllinə imkan verməyəcək.
Xatırladaq ki, aprelin 18-də ABŞ və Rusiya prezidentləri arasında telefon söhbəti olub. Telefon söhbətində Ukraynanın şərqindəki vəziyyət və Suriyada döyüş əməliyyatlarının dayandırılması məsələsi müzakirə edilib.

tehsil-press.az

Oxşar xəbərlər