Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi keçiriləcək.
Bu barədə Azərbaycan Vəkillər Kollegiyasından bildirilib.
Qeyd edilib ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Azərbaycan Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, imtahan keçiriləcək.
Belə ki, Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən DİM-in inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 10 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.
Həmçinin, namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Test imtahanında iştirak etmək istəyən şəxslər mayın 15-dək Vəkillərin Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
Tehsil-press.az