Kamran Əsədovdan direktor və müavinlərinə PİS, müəllimlərə isə ŞAD XƏBƏR

Kamran Əsədovdan direktor və müavinlərinə PİS, müəllimlərə isə ŞAD XƏBƏR “Aydındır ki, rəhbər şəxslərin adına dərslər yazılsa da, onlar dərsin tədrisində iştirak etmir. Bu da şagirdlərin təhsilalma hüququnu məhdudlaşdırır”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov orta məktəb direktorları və direktor müavinlərinin dərs saatlarına qanunla xitam verilməsinin mümkünlüyü barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, bu, bir təklifdir və sertifikasiya məsələsində irəli sürüləcək məsələdir: "Bu, yeni tədris ilində nəzərdə tutulacaq bir məsələdir".

Ekspert qeyd etdi ki, Nazirlər Kabineti direktorlara məxsus əməkhaqqı ilə bağlı qərarı təsdiqləyib:

"Qərara görə məktəblərdə şagird sayı atdıqca, onların maaşlarında da artımlar olur. Bəli, belə bir qərar var. Reallıq bundan ibarətdir ki, hazırda orta ümumtəhsil məktəblərində direktor və direktor müavinlərinə dərs deməyə icazə verilir. Lakin idarəetmədə iştirak edən bu şəxslərin adları dərs saatlarına yazılsa da, onlar dərslərdə iştirak etmirlər”.

Kamran Əsədov qeyd etdi ki, birmənalı şəkildə idarəetmədə olan şəxslər tədris ilə məşğul olmamalıdırlar.

"Çünki, onların diqqəti məktəbin idarə olunması, şagirdlərin təlim-tərbiyəsi və sair məsələlərə yönəlir. Keyfiyyətli və ardıcıl tədris rəhbər şəxslərin iş prosesi ilə paralel formada alınmır. Ona görə də direktor və direktor müavinlərinin dərs saatlarına xitam veriməsi keyfiyyətli tədrisin inkişafına yol açacaq. Eyni zamanda müəllimlərin sosial vəziyyətinin də yaxşılaşmasına gətirib çıxaracaq. Çünki əksər bəzi hallarda direktorlar dərs saatlarını öz adına yazaraq müəllimlərə də maneə yaradırdılar. Digər yandan məktəblərdə tədrisin keyfiyyətinin artmasına şərait yaradacaq”, - deyə həmsöhbətimiz vurğuladı.

Tehsil-press.az

Oxşar xəbərlər