Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu imtahanında keçid balı müəyyənləşib

Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu imtahanında keçid balı müəyyənləşib Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu imtahanında iştirak edən namizədlər üçün keçid balı müəyyən edilib.
Direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə ən çox bal toplayan 5 namizəd müsahibənin ilk turunda iştirak etmək hüququ qazanacaq. Müsahibə mərhələsinə yalnız 30 baldan çox toplayan şəxslər buraxılır. Qeyd edək ki, keçid balından yüksək nəticə göstərən digər namizədlər müsahibə mərhələsi üçün gözləmə siyahısına əlavə ediləcək və müsahibənin ikinci turunda boş qalan vakant yerlər üçün dəyərləndiriləcəklər.
Müsahibənin birinci turu avqustun 7-dən sentyabrın 7-dək, ikinci turu isə ehtiyaca uyğun olaraq oktyabrın 9-dan dekabrın 1-dək baş tutacaq. İmtahandan keçən şəxslərə müsahibə ilə bağlı məlumat “Şəxsi kabinet” vasitəsilə veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər