Şuşada “ASAN xidmət” mərkəzinin açılışı bu tarixdə olacaq

Şuşada “ASAN xidmət” mərkəzinin açılışı bu tarixdə olacaq Şuşada tikilən “ASAN xidmət” mərkəzinin açılışı bu yaxınlarda olacaq.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev Şuşada açılacaq “ASAN xidmət” mərkəzinin ilin ikinci yarısından etibarən Şuşa və ətraf rayonlara köçmüş sakinlərə xidmət göstərəcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər