Ziyarət çərçivəsində şagirdlər Universitetin müxtəlif bölmələri, Heydər Əliyev, Təkamül və Faydalı qazıntılar muzeyləri ilə yaxından tanış olublar. Sonra şagirdlər BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar.
Şagirdlərə BDU-nun yaranma tarixi, elmi, tədris və sosial fəaliyyəti, beynəlxalq uğurları, ixtisasları, tanınmış məzunları, tələbə təşkilatları haqqında da məlumat verilib.
Tehsil-press.az














