Buna da əl atdılar: Nəticəni 150 bal artırmağın qiyməti varmış...

Buna da əl atdılar: Nəticəni 150 bal artırmağın qiyməti varmış... İmtahan nəticələri açıqlandıqca abituriyentləri aldatmağa çalışan dələduzların sayı da artır.

Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi qəbul imtahanının nəticələrini artıra biləcəklərini iddia edən şəxslər bu yolla vətəndaşları aldadırlar.

Dələduzlar hətta blok balının maksimum 150 bal artıra bildiklərini də deyirlər. Elanlar o qədər sürətlə yayılır ki, bu işlə məşğul olanlara inanıb ödəniş edənlər də var. Buna görə vətəndaşlardan 100 manatdan 250 manata qədər pul istənilir.

DİM-in sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, son zamanlar imtahanların keçirildiyi müddətdə, eləcə də nəticələr elan olunduqdan sonra abituriyentləri aldatmağa çalışan dələduzların sayı artıb.

DİM rəsmisi onu da əlavə edib ki, vətəndaşlar bu tip saxta elanlara inanmamalıdırlar. Abituriyentin topladığı bal yalnız qurumun rəsmi saytlarında yerləşdirilir və bu ballara kənar müdaxilələrin edilməsi mümkün deyil.

Eskpertlər hesab edirlər ki, bu cür səhifələr daha çox xarici ölkələrdən idarə edilir.

Ətraflı süjetdə:



Tehsil-press.az

Oxşar xəbərlər