Martın 1-dən 27-dək elektron ərizəsini təsdiqləmiş, lakin aprelin 22-də keçirilmiş Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahana qatılmayan, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olunmaq istəyən rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənni üzrə ikinci imtahan iyunun 10-da təşkil ediləcək.
Rus bölməsi abituriyentləri imtahanında iştirak üçün mayın 18-dən 29-dək qeydiyyatdan keçməlidir.
Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiqləmək üçün tələb olunan məbləği (10 manat) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiqləndikdən sonra onların kabinetlərindəki hesablarından çıxılır.
Rus bölməsinin abituriyentləri üçün ikinci Azərbaycan dili fənni imtahanı iyunun 10-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Qeyd edək ki, abituriyentlərə Azərbaycan dili fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.
Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Tehsil-press.az