Raketlər bazarlara tuş gəldi - 36 nəfər həlak oldu

Raketlər bazarlara tuş gəldi - 36 nəfər həlak oldu Suriyada qanlı döyüşlər davam edir. Ötən gün hökumət qüvvələrinə məxsus hərbi təyyarələr bu ölkənin Hələb şəhərini raket atəşinə məruz qoyub.

Tehsil-press.az xarici mediaya istinadən bildirir ki, raketlərin əksəriyyəti dinc insanların yaşadığı məhəllələrə və bazarlara tuş gəlib. Nəticədə 36 nəfər həlak olub. Onların arasında dinc insanlar da var. Suriya rəsmiləri isə yayılan xəbərləri təkzib ediblər. Onların sözlərinə görə, təyyarələr dəqiq kəşfiyyat məlumatları əsasında IŞID mövqelərini bombalayır. Onu da bildirək ki, təkcə ötən gün ordu qüvvələri ilə müxaliflər arasında baş vermiş döyüşlərdə ümumilikdə 150-dən çox insan həlak olub. Yaralılaırın dəqiq sayı haqda heç bir məlumat verilmir. Ən ağır döyüşlər İdlib və Hələb şəhərləri uğrunda gedir.

tehsil-press.az

Oxşar xəbərlər