Bu instituta da qəbul ELAN EDİLDİ - Abituriyenlərin NƏZƏRİNƏ!

Bu instituta da qəbul ELAN EDİLDİ - Abituriyenlərin NƏZƏRİNƏ! Milli Müdafiə Universiteti ali təhsilin bakalavriat səviyyəsi üzrə Heydər Əliyev adına Hərbi İnstituta əlavə abituriyent qəbulu elan edir.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 250 bal və daha yüksək nəticə əldə etmiş cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olan namizədlər bu instituta müraciət edə bilərlər.

Son müraciət tarixi 12 avqustdur.

Tehsil-press.az

Oxşar xəbərlər