Azərbaycan Respublikasının cinayət prosesini hər şeydən əvvəl cinayət prosessual hüquq normaları nizama salıb, müəyyən edir. Yəni cinayət prosessual hüquqda yaranan, dəyişən və xitam olunan cinayət prosessual hüquq münasibətləri cinayət prosessual hüquq normaları ilə tənzimlənir. Cinayət-prosessual hüquq cinayət işləri üzrə ədalət mühakiməsinin vəzifələrinin yerinə yetirilməsinə yönəldilmiş demokratik prinsiplər əsasında qanunla müəyyən olunmuş prosessual formada həyata keçirilən təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının cinayət işlərinin başlanması, istintaqı, məhkəmədə baxılması və həll edilməsi üzrə fəaliyyətin və bu fəaliyyətdən yaranan prosessual münasibətləri tənzim edən hüquq normalarının məcmusudur.
Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.
Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədidir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.
Cinayət hüquq münasibətlərinin yaranıb inkişaf etdiyi platformada cinayət təqibi institutu əsas yeri tutur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi - cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir.
Məhkəməyəqədər icraat şəklində həyata keçirilən ibtidai araşdırma, hər şeydən əvvəl, cinayət prosesinin ayrılmaz tərkib hissəsi olub, qanunçuluğun möhkəmələndirilməsində, cinayətlərin qarşısının alınması və kökünün kəsilməsində, cinayətin tezliklə və bütünlüklə açılması, cinayəti etməkdə təqsirli olan şəxslərin müəyyən edilərək cinayətin tezliklə açılması, habelə işin bütün hallarının araşdırılması üzrə cinayət prosesini həyata keçirən orqanların apardıqları prosessual fəaliyyətidir.
Cinayət Prosessual Məcəllədə ibtidai araşdırmanın vəzifələri konkret normalarda təsbit edilməsə də, sadalanan prosessual fəaliyyətin özü elə ibtidai araşdırmanın mahiyyətini əks etdirmiş olur.
Lakin cinayət təqibi aparıldığı kimi cinayət təqibinin başlanmasının və ya başlanılmış cinayət təqibinin xitam verilməsi məcburi olan hallar da mövcuddur. Belə ki, cinayət prosessual qanunvericiliyin 39-cu maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə); şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda; zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla); cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda; amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda; hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.
Prosessual qanunvericilik həmçinin müəyyən etmişdir ki, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin törədilmiş cinayətə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə şəxsin barəsində bəraətverici əsaslarla xitam verilməsi üçün imperativ şərtdir. Digər əsaslar üzrə cinayət təqibinə xitam verilməsi bəraətverici əsaslar olmadan xitam verilmiş hallar hesab olunur.
Belə olduğu təqdirdə bir məsələni qeyd etməyi zəruri hesab edirik. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi cinayət hadisəsi olmamasını, 39.1.2-ci maddəsi əməldə cinayət tərkibinin olmamasını, 39.2-ci maddə isə şəxsin törədilmiş cinayətə aidiyyəti olmaması və ya təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraətverici halları özündə birləşdirir. Lakin həmin Məcəllənin 39.1.6 və 39.1.7-ci maddələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam hallarını təsbit edir. Qeyd edilən Məcəllənin 39.1.6-ci maddəsi şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarının olmasını, 39.1.7-ci maddəsi isə şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarının olmasını ehtiva edir. Məhz bu baxımından hüquqi kolliziyanın olmasını qeyd etmək olar. Çünki əgər hər hansısa şəxs barəsində cinayət təqibinə əvvəllər cinayət prosessual qanunvericiliyin bəraətverici əsaslara söykənən bəndlərindən biri ilə xitam verilibsə və ya hökm qanuni qüvvəsini alıbsa, bu halda həmin şəxsin barəsində eyni ittahama baxılarkən cinayət prosessual qanunvericiliyin 39.1.6 və ya 39.1.7-ci maddələri ilə yenidən xitam verilməsi ziddiyyətli bir hal əmələ gətirir. Çünki şəxsin barəsində eyni ittiham üzrə birinci xitam baraətverici əsaslarla olduğundan, ikinci halda xitam bəraətverici əsaslar olmadan xitam hesab olunur. Elə olduqda bir şəxsin barəsində cinayət təqibinə eyni əməl və ya ittiham üzrə həm bəraətverici əsasla, həm də bəraətverici əsas hesab olunmayan halla xitam verilir.
Bu baxımından Cinayət Prosessual Məcəllənin digər bir normasına istinad etməyi zəruri hesab edirik. Belə ki, həmin Məcəllənin 125.6-cı maddəsinə əsasən müvafiq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı hal üzrə verilmiş şikayət və çıxarılmış prosessual qərar yalnız şikayətin verilməsi və ya prosessual qərarın çıxarılması faktını təsdiq edir və sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi cinayət təqibi gedişində qəbul edilmiş qərarlar sadəcə olaraq faktı təsdiq edir. Belə olduğu təqdirdə həmin qərarların cinayət təqibinə xitam verilməsinə əsas olan və prosessual qanunvericiliyin 39-cu maddəsində təsbit edilən siyahıda öz əksini tapması şəxsin barəsində cinayət təqibinə bəraətverici və ya bəraətverici əsaslar olmadan xitam verilməsində ziddiyyət yaratmış olur.
Cinayət prosessual fəaliyyət zamanı da qeyd edilən ziddiyətli hal bir çox çətinliklərə yol aça bilər. Belə olduğu təqdirdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci bəndlərin cinayət təqibinə xitam verilməsi əsaslarının hesab olunduğu siyahıdan çıxarılaraq müstəqil hal kimi qeyd edilməsi daha məqsədəmüvafiq olardı.
Tehsil-press.az