Müharibədən çıxmışıq, buna görə də ordumuz və Silahlı Qüvvələrimiz müasirləşdirilməli, lazımsız hərbi hissələr ixtisara salınmalıdır. Biz daha mobil, çevik, yəni xüsusi təyinatlı, komando tipli hərbi hissələr formalaşdırmalıyıq ki, XXI əsrin tələblərinə cavab verə bilək.
Bunu açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O bildirib ki, çağırış sistemində ciddi dəyişikliklər edilməlidir:
“Bildiyimiz kimi Gürcüstanda hərbi xidmət müddətinin qısaldılması ilə bağlı söhbət gedir. Mən hesab edirəm ki, bizdə də ən böyük problemimiz olan Qarabağ məsələsi həll olunub və artıq hərbi qanunvericiliyimiz təkmilləşdirilməli, müasir tələblərə cavab verən formaya salınmalıdı”.
Polkovnik hesab edir ki, hərbi qanunvericiliyimiz 2025-ci ilə qədər təkmilləşdirilməlidir:
“Çağırış sistemində mütləq dəyişikliklər edilməlidir, 4 dəfə çağırış aparmaq ərazi və əhali sayına görə Azərbaycan kimi kiçik ölkə üçün çox ağır yükdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ştat, struktur dəyişikliyi etmək, onları daha işlək vəziyyətə gətirmək lazımdır”.
Bir çox ölkələrdə pul qarşılığında orduya getmək praktikası olduğunu söyləyən polkovnikə görə, biz bu sistemə hələlik keçə bilmərik:
“Qonşu Gürcüstanda, Türkiyədə ödənişli hərbi xidmət var. Təəssüflər olsun ki, bizdə bu sahədə çatışmazlıqlar müşahidə olunur. Ona görə də, bu sistemə dərhal keçə bilmərik. Ödənişli hərbi xidmət o demək deyil ki, pulu veribsənsə, ümumiyyətlə, hərbdən heç bir anlayışın olmayacaq. Kimsə pul qarşılığında ordudan tamamilə yayınarsa, bunun böyüy zərəri olar”.
Üzeyir Cəfərov bildirib ki, hərbi sahədə dəyişikliklər 2025-ci il üçün gözlənilir:
“Tapşırıqlar verilib ki, Silahlı Qüvvələr qardaş Türkiyə modelinə tam şəkildə uyğunlaşdırılıb başa çatdırılsın. Bəzi işlər artıq görülüb, bəziləri davam edir. Ümid edirəm ki, bu dəyişikliklər gələn il tam şəkildə həyata keçiriləcək”. /Teleqraf.com/
Tehsil-press.az